TRT kanalı yeni tarixi serialın çəkilişlərinə başlayır.

Open.az xəbər verir ki, yeni mövsümdə TRT-də çəkilişlərinə start veriləcək serialda, Böyük Səlcuk dövlətinin taxt-tac savaşlarından bəhs olunacaq.

"Nizami Eren" adlanan serialı "Akli Film" şirkəti ekranlaşdıracaq. Tarixi serialda baş rolları oynayan aktyorların kimliyi də məlum olub.

Belə ki, Sultan Məlikşah obrazını Buğra Gülsoy, Məlikşahın oğlu Əhməd Səncər obrazını isə Ekin Koç ifa edəcək.

Qeyd edək ki, 1037-1194-cü illəri əks etdirəcək serialın çəkilişləri üçün xüsusi pavilion tikilir.

Ülviyyə Həsənqızı