Meksikada müğənni Frankisko Elizaldenin konsertində qorxu dolu anlar yaşanıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni mahnı oxuduğu anda səhnənin kənarında alov aparatı işə düşüb.

İfaçının üzündə yüngül yanıqlar olub. Onun vəziyyətinin normal olduğu bildirilib.

Sözügedən anlar kameralara qeyd olunub.

Gülnar Qafarlı