Müğənni Seda Sayanın oğlu Oğulcan Engin "Hercai" serialında "Reyyan" obrazını canlandıran aktrisa Ebru Şahin ilə sevgili olduqları xəbərlərinə aydınlıq gətirib.

Open.az xəbər verir ki, o, barələrində yayılan dedi-qoduların yalan olduğunu bildirib: "Ebrunu uzun müddətdir tanıyıram, yaxın dostumdur. Həyatımda biri olsa, əlindən tutaraq qarşınıza çıxaram. Hazırda həyatımda heç kim yoxdur”.