Məşhur amerikalı kino və televiziya aktyoru Cim MakMullan vəfat edib.

Open.az "Hollywood Reporter"ə istinadən xəbər verir ki, aktyor 83 yaşında dünyasını dəyişib.

Onun ölüm səbəbi yan amiotrofik sklerozun (motorlu neyronların xəstəliyi) ağırlaşması olub.

Qeyd edək ki, Cim MakMullan 1992-ci ildə "Santa-Barbara" teleserialında çəkilib.

Gülnar Qafarlı