Britaniyanın tanınmış aktyoru, sabun operalarının ulduzu Conni Liz vəfat edib.

Open.az xəbər verir ki, 79 yaşlı Conni Liz koronavirusa yoluxaraq, həyatını itirib.

Mərhum aktyorun qızının sözlərinə görə, son iki həftədə ağır xəstə olan atasının koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, Conni Liz 1994-1999-cu illərdə "Ferme Emmerdeyl" serialında Neda Qlover obrazını canlandırıb.

Ülviyyə Həsənqızı