Məşhur aktyor Corc Kluninin iştirakilə yeni film çəkilib.

Open.az xəbər verir ki, "Sabahın dünyası" adlanan filmin rejissoru Bred Bird, ssenari müəllifi isə Ceff Jensen və Deymon Lindelofdur.

"Sabahın dünyası" filmində qəhrəmanlar üçün zaman və məkan anlayışı yoxdur. Filmin qəhrəmanları kosmik fəzada əsrarəngiz şəkildə mövcud olan məkanı tapmaq üçün təhlükəli səfərə çıxırlar.

Qeyd edək ki, filmdə baş rolları Corc Kluni, Britt Robertson, Ketrin Hahn və başqaları ifa ediblər.

Ülviyyə Həsənqızı

Sabahın dünyası