Rusiyalı aktrisa Nina Akimova vəfat edib.

Open.az xəbər verir ki, 75 yaşlı sənətçinin ölüm səbəbi hələlik açıqlanmayıb.

REN TV-nin məlumatına görə, aktrisa daha əvvəl bədənində, gözünün ətrafında şişlər və qançırlarla xəstəxanaya yerləşdirilmişdi. O, hospitalda qalmağa etiraz etmiş, teatra getməyə üstünlük vermişdi. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nina Akimova 1983-cü ildən Rusiya Teatr Sənəti Akademiyasında çalışıb. O, “Duel”, “Qar fırtınası” və digər filmlərdəki obrazları ilə məşhurlaşıb.