İş xanımı Ruhi Əliyevanın prodüserliyini etdiyi “Ağır romantik” filminin Türkiyədəki qalasında aktyorlar arasında gərginlik yaşanıb.

Open.az xəbər verir ki, bu barədə “İkinci sayfa” məlumat yayıb.

Filmdə baş rollarıdan birini canlandıran Onur Tuna jurnalistlərə açıqlamasında “Filmi çəkərkən çox əylənmişik. Birlikdə gözəl səhnələrimiz oldu” deyə, söyləyib.

Daha sonra Tuvana açıqlama verərək “Mən “Biz çəkərkən çox əyləndik. Ümid edirəm ki, izləyənlər də bunu hiss edər” kimi şablon ifadələrə yer verməyəcəm. Heç kim filmini pisləməz” sözləri ilə aktyoru əsəbiləşdirib.

Qeyd edək ki, sənətçilər 7 martda filmin qalası üçün Bakıya gələcək.

Ruhinin filminin aktyorları arasında gərginlik