Dünya şöhrətli portuqaliyalı futbolçu Kristian Ronaldo Ketrin Mayorqanın ona qarşı səsləndirdiyi təcavüz iddialarından azad olmamış, yeni qalmaqalla üzləşib.

Open.az xəbər verir ki, bu dəfə futbolçunun eks sevgilisi, ingilis model Jasmin Lennard əlində Ronaldoyla bağlı hər kəsi təəccübləndirəcək faktların olduğunu dilə gətirib.

O, bundan sonra Ketrin Mayorqa ilə birləşərək futbolçuya qarşı çıxacağını açıqlayıb: "Ronaldonun necə bir manyak olduğunu heç kəs bilmir. İnsanlar onun əsl üzünü tanımır. Onunla bağlı əlimdə faktlar var və bundan sonra mən də Ketrinə kömək edəcəm".

Ronaldo manyakdır, əlimdə faktlar var