Müğənni Rihannanın uzun müddətdir eşq yaşadığı şəxsin kimliyi bəlli olub.

Open.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı yaxın dostu, repçi Eysap Roki ilə sevgi münasibətləri yaşayır.

Hər ikisi də 32 yaşında olan cütlük Nyu-Yorkdakı restoranlardan birində səhər yeməyi yeyərkən görüntülənib. Bu ilin əvvəllərində ikili arasında eşq münasibətilərinin olduğu deyilsə də, bu öz təsdiqini tapmamışdı.

Qeyd edək ki, ötən ilin iyulunda Rihanna şəxsi markası üçün Eysap Roki ilə birgə çalışmışdı.