Müğənni Alişan ötən gün Bodrumda həyat yoldaşı və dostları Deniz-Esra Erdem ilə birlikdə Demet Akalının konsertini izləməyə yollanıb.

Open.az xarici KİV-ə istinadən xəbər verir ki, konsert üçün ön sırada yer alan ifaçı Akalının səhnəyə çıxması ilə şok yaşayıb. Hadisə ilə bağlı açıqlama verən müğənni mübahisənin hesaba görə olduğunu bildirib:

"Demet daha ilk mahnısını oxuyanda bizə hesab gəldi. Bu nədir, nə olub, deyə sual verdim. ofisiant isə hesabı tez almalıyıq deydi. Mən də məkanın sahibi ilə görüşmək istədim. Qəribəsi isə o idi ki, ancaq bizim masadan hesab istədilər. Konsert başlayandan 50 saniyə sonra pul istəyərlər? Hesabı ödəyib gedəcəyimi dedim. Sonra gəlib üzr istədilər, amma qəbul etmədim. Kredit kartımdan 4 min lirə çəkdilər. Sonra pulu kartıma geri qaytaracaqları dedilər, amma etmədilər".