Yamaykada reqqi janrının məşhur ifaçısı, əsl adı Nevill Livinqston olan Banni Ueyler vəfat edib.

Open.az xəbər verir ki, 73 yaşlı ifaçı ötən gün Yamaykanın paytaxtı Kinqstondakı xəstəxanalardan birində dünyasını dəyişib.

Bob Marli ilə birlikdə çıxışlar edən və 1963-cü ildə "The Wailers" qrupunu birgə yaradan Banni Ueyler, adı çəlkilən qrupu 1974-cü ildə tərk edib.

1974-cü ildən solo karyerasına başlayan Banni Ueyler, reqqi janrında üçqat "Qremmi" mükafatının sahibi olub.

Ülviyyə Həsənqızı

Reqqi janrının məşhur ifaçısı vəfat edib