Yeni Zelandiya əsilli Avstraliya və ABŞ məşhur kinoaktyoru Rassel Krou Avstraliyada baş verən dəhşəhli yanğınlardan sonra şəxsi fermasından fotolar paylaşıb.

Open.az xəbər verir ki, fermasından çəkilən fotoları sosial şəbəkə hesabında paylaşan Rassel Krou bildirib ki: "10 gün əvvəl torpaq sahəmdə bitki örtüyü yanıb, məhv olmuşdu. Fermamda yanğınlardan sonra ciddi fəsadlar meydana gəlmişdi. Aradan cəmi 10 gün ötüb. Amma bu gün fermamda olan ot örtüyü yaşıllaşıb və yenidən bərpa olmağa başlayıb" deyən dünya şöhrətli aktyor fərqi göstərmək üçün 10 gün əvvəl və sonra çəkilən fotolarını paylaşıb.

Qeyd edək ki, Avstraliyada baş verən dəhşətli yanğınlar 30 nəfər insanın həyatına son qoyub. 10 milyon hektar torpaq sahəsi yanıb, 2 min ev dağılıb, minlərlə canlı tələf olub.

Ülviyyə Həsənqızı

Rassel Krou dəhşətli yanğınlardan sonra şəxsi fermasından foto paylaşıb