Mersində AVM-də konsert verən Rafet El Romanın başına iş gəlib.

Open.az xəbər verir ki, konsertdən sonra Rafetə yaxınlaşan fanatlarından biri, müğənnidən xahiş edir ki, onun səsinə qulaq assın. Fanatının sözünü yerə salmayan Rafet El Roman xanımı dinləyir, amma səsini bəyənmir. Bunu eşidən Sümeyye A. adlı qadın Rafet El Roman'ın telefon nömrəsini sevgilisi Ümit Ö.adlı şəxsə verir.

Ümid Ö. adlı şəxs Rafet El Romana zəng edərək, onu təhqir edir. Rafet El Roman onu təhqir edən şəxsdən şikayətçi olaraq, həmin adamı məhkəməyə verib. İşin bu həddə çatdığını görən qarşı tərəf, Rafet El Romandan şikayət ərizəsini geri götürməsini istəyib. Amma Rafetin qərarı dəyişməz qalıb.

Hazırda Rafet El Romanı tənqir edən Ümid Ö və ona müğənninin telefon nömrəsini verən Sümeyye A. adlı şəxslərlə bağlı məhkəmə işi açılıb. Hər iki şəxsin 4 ilə qədər həbsi istənilib.

Rafet El Roman fanatını