Çinin Makao bölgəsini "qumarxana cənnətinə" çevirən və "Asiyanın Las-Veqası" adını qazandıran Stanley Ho vəfat edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 98 yaşlı S.Ho "Qumarxanalar kralı" kimi tanınıb.

Makaoda qurduğu qumarxanalarla dünyanın ən varlı insanlarından birinə çevrilən mərhum S.Ho, ilk kazinonu 1960-cı ildə açıb.

1980-ci ildə Portuqaliyada, 2000-ci illərdə isə Şimali Koreyada qumarxana açan Stanley Honun adı 2010-cu ildə "Forbes"in varlı adamlar siyahısında yer alıb.

Stanley Honun hazırki varidatı 6 milyard dollar civarındadır.

Mərhum qumarbazın 4 dəfə ailə qurduğu və ümumi 17 övladının olduğu bilinir.

Ülviyyə Həsənqızı

Qumarxanalar kralı