Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor, "Oskar" mükafatı laureatı Rassel Krou tanınmaz hala düşüb.

Open.az xəbər verir ki, Sidney hava limanında fotoqrafların obyektivinə tuş gələn məşhur aktyoru görənlər çətinliklə tanıyıb.

Belə ki, 55 yaşlı aktyor həddindən çox kökəlib. Ətrafında fotoqrafları görən Rassel Krou çox narahat olub və fotomüxbirlərə çəkildiyi son filmi üçün bu qədər kilolar aldığını bildirərək, əsəbi halda yoluna davam edib.

Xarici mətbuatda Rassel Krou haqqında "Qladiatordan əsər-əlamət qalmayıb" başlıqlı yazılar yer alıb.

Qeyd edək ki, dünya şöhrətli Rassel Krou "Qladiator", "Dənizlərin sahibi", ", "Nuh" , "Su axtaranlar" və başqa filmləri ilə sevənlərinin yaddaşında dərin iz buraxıb.

Ülviyyə Həsənqızı

Qladiator

Qladiator