Türk müğənnisi Tuğba Ekinci Cem Yılmazın ünvanına sərt sözlər deyib.

Open.az xəbər verir ki, Cem Yılmazın Defne Samyelidən ayrıldıqdan sonra özündən 18 yaş kiçik Serenay Sarıkaya ilə sevgi münasibətlərinə başlamasına münasibət bildirən, Tuğba Ekinçi: "Qadınlar bunun nəyini bəyənir? Hər yeri ağıllı olsa, nəyə yarayar? Üzü içkidən qırmızı turşuya oxşayır" deyib.

Tuğba Ekincinin təhqiramiz fikirləri ilə türk maqazin gündəmi alt-üst olub. İndi gözlər Cem Yılmaza "dikilib".

Türk mətbuatı Cem Yılmazın Tuğba Ekinciyə verəcəyi cavabı "səbirsizliklə" gözləyir.

Ülviyyə Həsənqızı

Qadınlar bunun nəyini bəyənir? Üzü turşu kimidir

Qadınlar bunun nəyini bəyənir? Üzü turşu kimidir