Mayın 14-də Türkiyənin Mərmərə Universitetinin Həyətində olan "Max" adlı iti əzərək öldürən, professora qarşı etirazlar davam edir.

Open.az xəbər verir ki, tanınmış aktrisa Ezgi Mola sosial media hesabından paylaşım edərək, it qatili olan həkimə ağır sözlər yazıb. "Sənin də o şəkildə əzilərək ölməyini diləyirəm" deyən Ezgi Mola günahsız heyvanı əzərək öldürən və avtomobilindən yerə düşməyib, iti xəstəxanaya belə aparmayan professora qarğış edib.

Qeyd edək ki, iki ay əvvəl baş verən hadisədə Süreyyapaşa Göğüş Xəstəlikləri Xəstəxanasının həkimi, professor B.O avtomobili ilə həyətdə yatan, sahibi bəlli olan iti əzərək, üzərindən keçir. Heç nə olmamış kimi yoluna davam edən professor xanımın vəhşiliyi sayəsində günahsız heyvan ölür.

Kamera görüntüləri ortaya çıxdıqdan sonra isə iti görmədiyini deyən professor, heyvanın yiyəsindən üzr istəmək, onunla əlaqə qurmaqdan belə imtina edib. Hazırda bu məsələ ilə bağlı heyvansevərlər dərnəyi hərəkətə keçərək, professorun cəzalandırılmasını istəyirlər.

Ülviyyə Həsənqızı

Professor olan it qatili həkimə tanınmış aktrisa qarğış etdi:  Sənin də bu şəkildə əzilib, ölməyini istəyirəm