Türkiyənin yeni seriallarından olan "Nöbet"dən sevənlərinə üzücü xəbər gəlib.

Open.az xəbər verir ki, serialın may ayında final edəcəyinə dair məlumatlar yayılıb.

Hərbi mövzuda çəkilən serialın baş prodüseri isə Necati Şaşmazdır.

Qeyd edək ki, Necati Şaşmaz "Kurtlar Vadisi" serialında "Polat Alemdar" obrazı ilə məşhurlaşmışdı.