ABŞ-da 80 yaşlı kişi ilə evlənən 32 yaşlı türk aktirsa Meltem Miraloğlu ilə bağlı şok iddia irəli sürülüb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalist Onur Akay məlumat verib.

Ötən həftə Azərbaycanda səfərdə olan jurnalist aktrisa barədə eşitdiklərini dilə gətirib.

“Meltem Miraloğlu ABŞ-a getmədən öncə Azərbaycanda qala gecələrindən birində iştirak edib. Qala gecəsində yanında olan müğənnilərlə arasında böyük mübahisə baş verib. Məsələ oğurluqla bağlıdır. Buna görə də aktrisa ABŞ-a qaçmağa məcbur olub. Sözügedən hadisəni ABŞ-dakı yaxın çevrələrdən də dəqiqləşdirdim".

Özündən 48 yaş böyük kişi ilə evlənən aktrisa ilə bağlı şok iddia: Azərbaycanda oğurluq edib