Reyinqlərdə birinci olan "İstanbullu Gelin" serialından sonra kameralar üçün çox darıxan Özcan Deniz, yeni sezonda yeni serialla tamaşaçılarını sevindirəcək.

Open.az xəbər verir ki, Özcan Deniz yeni mövsümdə "Seni Çok Bekledim" adlı serialın həm rejissoru, həm də baş rol ifaçısı olacaq.

Serialı çəkəcək "Skala Medya" Film şirkətindən ilkin olaraq 5 milyon TL alan Özcan Deniz, yaxın zamanlarda kamera önündə və rejissorluq kürsüsündə əyləşəcək.

Ülviyyə Həsənqızı