Türkiyəli müğənni-rejissor Özcan Dəniz yeni layihə təqdim etməyə hazırlaşır.

Open.az xəbər verir ki, sənətçi "Seni çok özlədim" adlı serial üçün hazırlıqlara start verdiyi açıqlayıb.

Özcan ekran işinin həm prodüserliyini, həm də rejissorluğunu özü edəcək. Serial "Star" telekanalında yayımlanacaq.

Qeyd edək ki, Özcan Denizin çəkməyə hazırlaşdığı "Kral" serialı təxirə düşüb.