“İstanbullu Gelin” serialının baş rol ifaçıları Özcan Deniz və Aslı Enverin başına iş gəlib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, iki məşhur aktyora sui-qəsd təhdidləri gəlib.

Bundan ehtiyyat edən Özcan və Aslı İsrail səfərlərini təxirə salıb.

Əldə olunan məlumata görə, məşhurların İsraildə iki çıxışı üçün 22 min bilet satılıb.