22 gün öncə boşanan məşhur türk sənətçi Özcan DenizFeyza Aktan cütlüyü Bodrumda əl-ələ görüntülənib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, sözügedən fotonu "2.Sayfa"nın aparıcılarına göndəriblər.

Cütlük bu barədə heç bir açıqlama verməyib.

Qeyd edək ki, 47 yaşlı aktyor və müğənni Özcan Deniz 2016-ci ildən bu yana eşq yaşadığı 27 yaşlı Feyza Aktan ilə 2018-ci ildə nikah masasına oturub. Ancaq izdivacları yolunda getməyən cütlük iyunun 26-da boşanıb.

Gülnar Qafarlı

Özcan boşandığı həyat yoldaşıyla əl-ələ görüntüləndi - FOTO