Türk aktyoru Ozan Güvenin sevgilisi Deniz Bulutsuzu döyməsinin ardından, növbəti şiddət xəbəri gəlib.

Open.az xəbər verir ki, tanınmış musiqiçi, "Rubato" qrupunun solisti Özer Arkun, yaxın günlərdə evlənəcəyi sevgilsi B.Y. döyərək, qadına ağır xəsarət yetirib.

Ozan Güvendən sonra sevgili döymək dəbə

Ötən ilin avqust ayından sevgili olan və evlənməyə hazırlaşan cütlüyün münasibətləri şiddət xəbərlərindən sonra pozulub. Belə ki, məhkəməyə şikayət edən musiqiçinin sevgilisi bildirib ki: " Özer Arkunla mart ayından eyni evdə yaşayırıq. Aramızda yaranan gerginlik davaya səbəb oldu.Özer saçımdan tutub, çəkməyə, mənə yumruq vurmağa başladı. Saçımdan qan gəlirdi. Dodağımı partlatdı. Məni çox döydü. Üzüm, başım qan içində idi Həyatımda bu qədər qan görməmişdim. Qorxudan burnumdan bu günə qədər qan gəlir. Gözlərimdə olan göyləri gizlətmək üçün 17 krem aldım. Xəstəxanada video çəkərək, yaydım. İstədim ki, ölsəm sübutum olsun. Hamı bilsin ki, məni Özer Arkun döyüb" deyən B.Y. adlı xanım, məhkəməyə müraciət edib.

Hazırda "Rubato" qrupunun solistinin məhkəmə prosesi davam edir. Özer Arkunun 15-30 gün arası həbs ediləcəyi qərarı təsdiqlənib.

Ülviyyə Həsənqızı

Ozan Güvendən sonra sevgili döymək dəbə

Ozan Güvendən sonra sevgili döymək dəbə