Pandemiyadan əvvəl Türkiyənin Star TV televiziyasında nümayiş edilən və məşhur aktyorların rol aldığı "Babil" serialının çəkilişləri qaldığı yerdən davam edəcək.

Open.az xəbər verir ki, həftə sonu çəkilişlərinə start veriləcək serialda baş rollardan birini ifa edən Ozan Güvenin aqibətinin necə olacağı tamaşaçıları narahat edir. Belə ki, son zamanlarda baş verən məlum hadisədən sonra məhkəməyə verilən aktyorun, serialdakı roluna davam edəcəyi sual altındadır.

Serialın yaradıcısı olan "Ay Yapım" Film Şirkəti hələlik rəsmi açıqlama ilə çıxış etməsə də, iddialara görə yeni mövsümdə Ozan Güvenin "Babil"dən uzaqlaşdırılması qərarı alınıb.

Qeyd edək ki, baş rollarını Birce Akalay, Halit Ergenç, Aslı Enver, Nur Fettahoğlu və Ozan Güven’in ifa etdiyi "Babil" serialının çəkilişləri həftə sonunda başlayacaq.

Ozan Güven Babil