Nobel mükafatlı məşhur yazıçı Orhan Pamuk‘un sevilən əsərlərindən olan "Masumiyet Müzesi" romanı əsasında serial çəkiləcək.

Open.az xəbər verir ki, iki ildir üzərində yaradıcılıq işi aparılan serialın rejissoru Erik Barmack, baş rol ifaçısı isə Çağatay Ulusoy olacaq.

Son zamanlara qədər "Masumiyet Müzesi" serialının baş rolunda Kıvanç Tatlıtuğun çəkiləcəyi barədə xəbərlər yayılsa da, Erik Barmack‘ın ağlında Çağatay Ulusoyun olduğu müəyyənləşib.

Deyilənə görə, rejissor və prodüser olan Erik Barmack bu qərarı Netflix‘in Türkiyədəki ilk orijinal layihəsi olan "Hakan: Muhafız" serialından sonra verib. Məlum olduğu kimi adıçəkilən serialda baş rolu Çağatay Ulusoy ifa edib.

"Masumiyet Müzesi" serialında Çağatay Ulusoyun tərəf müqabili "Aşk 101" serialından tanınan, aktrisa Pınar Deniz olacaq.

Qeyd edək ki, türk mətbuatında "Masumiyet Müzesi"ndən əlavə Çağatay Ulusoyun Osmanlı İmperiyasının ilk kapitanı olmuş Barbaros Hayreddin Paşanın həyatından bəhs edən serialda da çıxış edəcəyi ilə bağlı iddia irəli sürülüb.

Hələlik, hansı serialın daha əvvəl çəkiləcəyi və Çağatay Ulusoyun hansı obrazı daha əvvəl ifa edəcəyini zaman göstərəcək.

Ülviyyə Həsənqızı

Orhan Pamuk‘un Masumiyet Müzesi