"Bu il "O Ses Türkiye" nin münsiflər heyətində dəyişiklik edəcəyik. Mən 4 münsifə də aşiqəm, hamısı biri-birindən dəyərli və sevdiyim insanlar. Amma tamaşaçı dəyişikliyi sevir. Dəyişiklik istəyir".

Open.az xəbər verir ki, bu sözləri TV 8 kanalının sahibi Acun Ilıcalı qatıldığı canlı yayımda deyib.

Hazırda "Survivor 2020 Ünlüler Gönüllüler" çəkilişləri ilə əlaqədar Dominikdə olan Acun Ilıcalı "O Ses Türkiye"nin yeni çəkilişlərinin sentyabrdan başlayacağını bildirib.

Acun Ilıcalı "O Ses Türkiye" yarışması ilə bağlı danışarkən bildirib ki, proqramın çəkilişləri vəziyyətin düzəlməsi ilə çox bağlıdır: "Hər halda vəziyyətə baxacayıq. Ola bilər ki, bu dəfəki yarışmanı tamaşaçılar olmadan çəkəcəyik, və ya əgər mümkün olmasa heç çəkməyəcəyik".

Qeyd edək ki, "O Ses Türkiye"nin münsiflər heyətinə Murat Boz, Hadisə, Bəyazit Öztürk və Seda Sayan daxildir.

Ülviyyə Həsənqızı