Uzun müddətdir Necati Kocabayla eşq yaşayan aktrisa Nurgül Yeşilçayın toy tarixi bəlli olub.

Open.az xəbər verir ki, yeni seriala başlayacaq aktrisa, sevgilisi ilə Bodrum səyahətindədir.

Ötən il evlənməyə qərar verən cütlüyün toyu koronavirus səbəbindən növbəti ilə qalıb. Bu barədə açıqlama verən Nurgül Yeşilçay sadə nikah mərasimi ilə evlənmək istəmədiyini və məlum hadisələrə görə də təmtəraqlı toy edə bilməyəcəyini bildirərək, toyun 2021-ci ilin yayında baş tutacağını söyləyib.