"Senseless Things" pank-rok-qrupunun vokal ifaçısı Mark Keds vəfat edib.

Open.az xəbər verir ki, 51 yaşlı ifaçının ölümünə səbəb narkotiklərdən aşırı istifadəsi olub.

Uzun illər narkotik aludəçisi olan Mark Keds "Deadcuts", "Jolt, the Lams", "The Wildhearts", "Trip Fontaine" qruplarının da üzvü olub.

Mərhum ifaçının üzv olduğu "Senseless Things" qrupu 1986-cı ildə Londonda yaranıb. Qrup 1995-ci ilədək fəaliyyət göstərib.

Ülviyyə Həsənqızı

Narkotik aludəçisi olan vokalçı vəfat edib