"Avlu" serialın ilə məşhurluq qazanan, hazırda isə "Alev Alev" serialında ifa etdiyi Cemre obrzaı ilə sevilən aktrisa Demet Evgar, Sezen Aksu imzalı "Nanay" mahnısını ifa edib.

Open.az xəbər verir ki, aktrisalıqla yanaşı müğənni kimi meydanda olmağı arzulayan Demet Evgar, "Nanay"ın tənhalara ithaf olduğunu söyləyib : "Nanay" üçün bir söz deyə bilərəm. Bu mahnı "Yalnızlığın tərifi"dir. Nə qiymətlidir, yalnızlığımız, özümüzü tanımaq üçün necə də vacib bir qapıdır. Tək qalmadan çoxalmaq olmaz. Ona görə də fasilələr, uzaqlaşmalar insana yaxşı təsir edir. Sanki insan yenilənir". deyən aktrisanın fikirləri çox bəyənilib.

Ülviyyə Həsənqızı