Növbəti koronavirus şoku türk serialı "Mucize Doktor"un aktyorları arasında yayılıb.

Open.az xəbər verir ki, çəkilişdən əvvəl sağlamlıq testlərindən keçən aktyorlardan Seda Bakanın testi pozitiv çıxıb. Qeyd edək ki, Seda Bakan serialda "Doktor Ferda" obrazını canlandırır.

35 yaşlı aktrisanın sağlamlıq durumunun yaxşı olduğu deyilir.

Sosial şəbəkə hesabından xəbər paylaşan aktrisa bildirib ki, vəziyyəti yaxşıdır, qripdən başqa heç nə hiss etmir: "Sadəcə qrip olduğumu hiss edirəm. Testrlərim pozitiv çıxsa da, vəziyyətim stabildir. Xəstəlikdən qorunmağın tək yolu maska taxmaqdır. Maskalarınızı çıxartmayın. İnşallah, mən də tezliklə sağalaram. Şükürlər olsun ki, ailə üzvlərim və balacamızın vəziyyəti yaxşıdır". deyən aktrisa Seda Bakan bir müddət serialda görünməyəcək.

Ülviyyə Həsənqızı

Mucize Doktor

Mucize Doktor