Türkiyənin məşhur müğənnisi, meqastar Tarkan konsert turu çərçivəsində 10 ildən sonra Moskva və Kazanda konsert proqramı ilə çıxış edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 2 gün öncə Kazanda baş tutan konsertə minlərlə insan axın edib.

Moskvada gerçəkləşən konsertdə də ruslar Tarkana böyük maraq göstərib.

Tarkan gecədə rus pərəstişkarlarına səslənib "10 il keçdi mi? Mən sizin üçün darıxmışam. Bəs siz mənim üçün darıxmısınız? Moskvaya gəldiyim üçün çox xoşbəxtəm. Hamınıza çox minnətdaram".

Səhnədə enerjisi ilə heyranlarına xoş anlar yaşadan şüğənni rəqsiylə hər kəsi heyran edib. 2 saat davam edən konsertdən sonra Tarkan səhnədən uzun davam edən alqışlarla ayrılıb.

Qeyd edək ki, meqastar sonuncu dəfə Moskvada 2009-cu ildə çıxış edib.

Gülnar Qafarlı