Məşhur türk yazar Metin Hara ilə uzun müddət eşq yaşayan dünya şöhrətli braziliyalı model Adriana Lima ötən günlərdə iş adamı Emir Uyar ilə sevgili olmağa başlayıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, cütlüyün şəkillərinin yayılmasından sonra Metin Hara sükutu pozub.

O, sosial şəbəkə hesabında canlı yayımda bəyanat verib: "Daim şəxsi həyat haqqında sual gəlir, amma mən şəxsi həyat haqqında danışmıram. Yenə danışılmasını düzgün qiymətləndirmirəm. Amma biz 5 ay əvvəl yollarımızı ayırdıq. Mən Türkiyəyə gəlməyə qərar verdim, çünki anamın 12 sm şişi var. Cərrahiyyə əməliyyatında və sonra yanında olmaq, onunla vaxt keçirmək çox vacib idi. Ona görə nə olursa olsun, həyatımızdakı, birlikdə olduğumuz, dostluq qurduğumuz hər adama ədalətli, mərhəmətli və düzgün davranmağın tərəfdarıyam. İnsanlar bir-biri ilə ayrıldıqdan sonra bir məsuliyyət və ya öhdəlik sahibi deyillər. Bir-birilərinə hesab soruşması da doğru deyil. Burada biri uddu, biri uduzdu kimi bir vəziyyətda olmaz. İnsanların yolları ayrılır".

Gülnar Qafarlı