Ötən gün aktrisa Demet Özdemir kameralara tuş gəlib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, son zamanlar gündəmdən düşməyən Demet Beylerbeyində görüntülənib.

Aktrisa müğənni Oğuzhan Koçla uzun müddətdir eşq yaşaması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib:

“Oğuzhanla münasibətlərimiz çox yaxşıdır. Mətbuatda yazıldığı kimi deyil, yəni uzun müddətdir sevgili deyilik. İki aydır birlikdəyik. Oğuzhanın səsini çox bəyənirdim. Mahnıları da gözəldir. Sonuncu ifasını isə daha çox sevirəm”.