Məşhur türk müğənnisi Gülben Ergen cəsur yaşıl libası ilə izləyicilərinə unudulmaz anlar yaşadıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, "İnstagram" hesabında 4.4 milyon izləyicisi olan müğənni səhnə fotosunu izləyiciləri üçün paylaşıb.

Müğənninin izləyiciləri də sözügedən şəkillərə səssiz qalmayıb. Onun izləyicilərindən biri "Libasınız mükəmməldir, sizə çox yaraşıb" şərhini yazıb.

Sözügedən şəkilləri təqdim edirik:

Məşhur türk müğənnisi səhnə libası ilə göz qamaşdırıb - FOTO