Türk kinosunun mənfi obrazlar qəhrəmanı, ən son "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialında rol alan Ali Sürmelinin beyninə qan sızıb.

Open.az xəbər verir ki, ötən gün evində vəziyyəti ağırlaşan aktyoru xəstəxanaya yerləşdiriblər. Təcili əməliyyat edilən aktyorun səhhəti hazırda normaldır.

Məşhur türk aktyoru xəstəxanaya yerləşdirilib-Beyninə qan sızıb

Bu barədə mətbuata açıqlama verən aktyorun oğlu Eren Sürmeli: "Atamın qan təzyiqi çox yüksəlib. Buna görə də beyninə qan sızıb. Təcili xəstəxanaya gətirdik. 5 saat davam edən ağır əməliyyat keçirdi. Hazırda vəziyyəti yaxşıdır. Normal olaraq bir neçə gün yatıracaqdılar. Amma səhhəti ona imkan yaradır ki, oyaq qalsın. Şükür olsun ki, vəziyyət yaxşılığa doğru gedir" deyib.

Məşhur aktyorun əməliyyat edildiyini eşidən sənət dostları xəstəxanaya axın ediblər. Mahsun Kırmızıgül, Oktay Kaynarca xəstəxana çıxışında jurnalistlərə açıqlama verərək, sənət dostları Ali Sürmeliyə Allahdan şəfa diləyiblər.

Ülviyyə Həsənqızı

Məşhur türk aktyoru xəstəxanaya yerləşdirilib-Beyninə qan sızıbMəşhur türk aktyoru xəstəxanaya yerləşdirilib-Beyninə qan sızıb