Ötən gün San-Fransiskoda məşhur reper, Lil Yase güllələnib.

Open.az xəbər verir ki, səhnə təxəllüsü Lil Yase olan 26 yaşlı Aleksandr Mark Antonionun çoxsaylı güllə yaraları almış, meyiti küçədən tapılıb. Belə ki, dostları ilə birlikdə səsyazma studiyasında olan gənc reperə zəng gəlib. Səsyazma studiyasını tərk edən Lil Yasenin meyiti, yarım saatdan sonra şəhərin o biri ucunda tapılıb.

Hazırda reperin müəmmalı ölümü ilə bağlı cinayət işi açılıb. Ona kimin zəng etdiyi və tez-tələsik görüşmək üçün studiyanı kimə görə tərk etməsi araşdırılır.

Qeyd edək ki, məşhur reper 18 yaşından hit-pop musiqisi ilə məşğul olmağa başlayıb. Onun hitə çevrilən mahnıları gənclər arasında çox populyardır.

Ülviyyə Həsənqızı