Amerikalı repçi Lil Reese (əsl adı Tavares Taylor) güllə yarası ilə ağır vəziyyətdə Çikaqoda xəstəxanaya yerləşdirilib.

Open.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Şahidlərin sözlərinə görə, hadisə 26 yaşlı Tavaresin avtomobili küçələrin kəsişmədə dayandığı zaman baş verib.

Naməlum şəxs avtomobildən düşərək Tayloru vurub. Repçini boyun nayihəsindən ağır yaralayan şəxs cinayət törətdiyi yerdən qaçaraq, iz itirməyə çalışıb.

Polis gələn zaman xoşagəlməz hadisənin şahidlərindən biri repçini xəstəxanaya aparıb. Sonra Tavares daha böyük tibb mərkəzinə köçürülüb. Onun vəziyyətinin hələ də ağır olduğu bildirilir. Cinayəti törədən şəxs isə hələ tapılmayıb.

Hazırda istintaq işləri davam etdirilir.