Türkiyənin məşhur rep ifaçısı Ezhel (Ömer Sercan İpekcioğlu) ötən gün dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynovla (Rəmiş) bağlı paylaşım edib.

Open.az xəbər verir ki, o, 2 milyona yaxın izləyicisi olan instaqram hesabında Rəmişin ifasını paylaşaraq sənətçinin ölümündən kədərləndiyini qeyd edib:

“Rəmiş babanı ilk dəfə yutubda tanıdım, daha sonra gitaraya heyran oldum. Təəssüf ki, onu itirdik. Ruhu şad olsun”.