"Ayla" və "Müslüm" filmlərinin rejissoru Mustafa Uslunu ölümlə təhdid ediblər.

Open.az xəbər verir ki, Mustafa Usluya zəng edən Can adlı adam "Bazar ertəsi sizi ofisinizdə ayağınızdan vuracaqlar" deyib.

Eşitdiyi xəbərdən çaşıb qalan M.Uslu zəng edən adamın yanına sürücüsünü göndərib. Daha sonra Mustafa Uslunun vəkili ilə görüşən Can adlı şəxs: "Bizə Bedo ləqəbli şəxsdən iş tapşırığı gəldi. Dedilər ki, Mustafa Uslunu vurun, əvəzində 300 min lirə alın. Biz əvvəlcə qəbul etdik. Amma sonradan araşdırıb gördük ki, siz yaxşı adamsınız. Ona görə də sizi vurmaq istəmirik. Amma əvəzində həmin məbləği sizdən istəyirik" deyib.

Bu xəbəri eşidən Mustafa Uslu məhkəməyə şikayət edib. Aparılan əməliyyat nəticəsində cinayətkarlar pulu alarkən, iş başında həbs edilib. Həbs edilən Kenan Yıldırım və Bedreddin A. adlı şəxslər peşman olduqlarını söyləsələr də, onlar haqqında qərar verilib.

Hər iki şəxsin 15 il müddətinə cəza alacağı gözlənilir.

Ülviyyə Həsənqızı