Rusiyanın tanınmış pop-qrupu "Руки вверх!"in solisti Sergey Jukov son zamanlar səhhətində yaranan ciddi problemlərdən danışıb.

Open.az xəbər verir ki, ikinci dəfə bədənində yaranan şişi əməliyyat yolu ilə xaric edən Sergey Jukov zarafatla: "Bədənimin yarısını kəsib götürüblər. Konsertlərin birində kulisdə bərk yıxıldım. Ciddi zədə aldım. Bütün bədənim göyərmişdi. Həmin zədədən sonra orqanizmimdə şiş əmələ gəldi. Vəziyyətim heç də yaxşı deyil. Şişlə zarafat etmək olmaz. Hər halda şişlərin bədxassəlisi də yarana bilər" deyən Jukovun 2018-ci ildən səhhətində ciddi problemlər yaradığı bildirilib.

Ülviyyə Həsənqızı

Məşhur qrupun solisti: Bədənimin yarısını kəsiblər