ABŞ-ın Los-Anceles şəhərində məşhur müğənni Beyonsenin 1 milyon dollar məbləğində geyim və digər əşyaları oğurlanıb.

Open.az-ın məlumatına görə, naməlim şəxslər müğənninin əşyalarının saxlandığı anbara daxil olaraq oradan paltar və çantalar aparıb.

Qeyd olunur ki, oğurluq hadisəsi bir ay ərzində iki dəfə baş verib. Hazırda oğurluq edənlərin axtarışları aparılır.