Məşhur türk müğənnisi və aktyor Mazhar Alanson karantin günlərində evindən çəkilmiş fotosunu paylaşıb.

Open.az xəbər verir ki, fotoda həyat yoldaşı Biricik Suden ilə birlikdə görünən Mazhar Alanson :Korona günləri" deyərək, səmimi poz verib.

Fotolara münasibət bildirən izləyicilərdən biri: "Lütfən, bu günlərdə ayrı otaqlarda qalın. Sizə bir olmasını istəmirik" yazıb.

Buna cavab olaraq, Mazhar Alanson: "Daha nələr! Biricik, Allah eləməsin korona belə olsa yenə də ona sarılaram. Gələcəksə, ondan gəlsin!" deyə sevgisini belə dilə gətirib.

Ülviyyə Həsənqızı

Məşhur müğənni : Korona belə olsa, ona sarılaram