Məşhur türk müğənnisi Nilufər xəstəxanalıq olub.

Open.az xəbər verir ki, bir həftədir özəl xəstəxanaların birində müalicə alan müğənninin donuz qripinə yaxalandığı aşkarlanıb.

Nilufər uzun illər əvvəl süd vəzi xərçəngindən əziyyət çəkib. Əməliyyat olunub, ağır müalicə kursu keçib. Bu səbəbdən də immun sistemi zəif olan müğənninin belə bir ağır viruslu xəstəliyə yaxalanması həkimləri təşvişə salıb. Hazırda ciddi həkim nəzarətində olan Nilufərin hələ bir müddət xəstəxanada qalacağı bildirilib.

Qeyd edək ki, 1955-ci ildə anadan olan Nilufər Yumlu 1972-ci ildə sənətə gəlib.

Ülviyyə Həsənqızı

Məşhur müğənni donuz qripinə yaxalandı