“Çılğın Sedat” ləqəbli müğənni Sedat Kapurtu sevənlərini qorxudub.

Open.az xəbər verir ki, ifaçı ötən gün İstanbula qayıdarkən avtomobil qəzası keçirdib.

Lakin müğənni qəzadan yüngül xəsarətlər alaraq, həyatda qala bilib.

O, başına gələnləri belə dilə gətirib: “3 musiqiçi dostumla yola çıxmışdıq. Selimpaşa adlanan yerdə birdən avtomobil qarşıma çıxdı. Özümü fəda etdim, avtomobilim pis günə qaldı, huşumu itirdim. Avtomobilimizə vuran sürücü hadisə yerini tərk etdi. Bizi ölümə tərk etdi. Amma kameralar var, hər şey ortadadı”.

Türkiyənin məşhur müğənnisi avtomobil qəzası keçirtdi - FOTO