Model Karli Klossun övladı dünyaya gəlib.

Open.az xarici mətbuata istinadən bildirir ki, bu haqda məlumatı 28 yaşlı modelin həyat yoldaşı Coşua Kuşner yayıb.

O, sosial media hesabında "Xoş gəldin dünyaya" yazısı yazaraq, yeni doğulan övladının üzü görünməyən fotosunu paylaşıb.

Qeyd edək ki, Coşua Kuşner İvanka Trampın həyat yoldaşı Cared Kuşnerin qardaşıdır.