Amerikanın məşhur gitara ifaçısı, "Van Halen" rok-qrupunun yaradıcısı Edvard van Halen vəfat edib.

Open.az xəbər verir ki, 66 yaşlı musiqiçinin ölümü ilə bağlı xəbəri oğlu Volf van Halen açıqlayıb. Onun sözlərinə görə atası uzun zamandır xərçəng xəstəliyi ilə mübarizə aparırmış.

Qeyd edək ki, 10 il əvvəl boğazında xərçəng aşkarlanan məşhur ifaçının vəziyyəti son günlər ağırlaşıb. Məhz bu səbəbdən Kaliforniya ştatının Santa-Monika şəhərində klinikaya yerləşdirilən gitara ifaçısı, xəstəxanada dünyasını dəyişib.

Ülviyyə Həsənqızı

Məşhur ifaçı xərçəng xəstəliyinin qurbanı olduMəşhur ifaçı xərçəng xəstəliyinin qurbanı olduMəşhur ifaçı xərçəng xəstəliyinin qurbanı oldu