Türkiyənin məşhur cütlüyü Halit Ergenç Bergüzar Korelin dünyaya gələcək övladının cinsiyyəti bəlli olub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, B.Korel 9 il aradan sonra ikinci dəfə oğlan uşağı dünyaya gətirəcək.

Cütlüyün uşaqlarına verəcəyi ad isə məlum deyil.

Qeyd edək ki, B.Korel "Binbir Gece" serialında tanış olduğu həmkarı Halit Ergenç ilə 2009-cu ildə nikah masasına oturub. Onların 2010-cu ildə ilk övladı doğulub.

Gülnar Qafarlı

Məşhur cütlüyün dünyaya gələcək övladının cinsiyyəti bəlli oldu