Türkiyənin məşhur aktyor cütlükləri Bülent Şakrak - Ceyda Güvenci, Erkan Kolçak Köstengil-Cansu Tosun və Ali Atay- Hazal Kaya cütlükləri yay tətillərini birlikdə keçirirlər.

Open.az xəbər verir ki, məşhur atalar oğlanları ilə birlikdə eyni pozada çəkilən fotolarını sosial media hesablarından paylaşıblar.

Qısa müddətdə hər kəsin çox bəyəndiyi fotoda, Erkan Kolçak Köstengilin iki həftə əvvəl dünyaya gələn oğlu Marsel də var. Belə ki, bu foto ilə balaca Marselin üzünü hər kəs ilk dəfə görüb.